AZ

Eslami: 60% zənginləşdirmədən imtina mümkündür

İran hakimiyyəti artıq zənginləşdirilmiş uranın zənginləşdirmə səviyyəsini 60%-ə endirməyə razı ola bilər, lakin bu, yalnız sanksiyaların ləğvi müqabilində mümkündür.

"Yeni Sabah" Mehr News-a istinadla xəbər verir ki, bunu Atom Enerjisi Təşkilatının (AET) rəhbəri Məhəmməd Eslami bildirib.

Qurum rəhbərinin sözlərinə görə, İran və ABŞ arasında son danışıqlar zamanı daha ümumi siyasi məsələlərlə yanaşı, texniki və nüvə məsələləri də müzakirə olunub.

Bazar günü İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran tərəfi ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasına razılıq vermək niyyətində deyil.

İran və ABŞ arasında danışıqların 6-cı raundu Omanda baş tutub və tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Seçilən
67
yenisabah.az

1Mənbələr