Atalığı tərəfindən cinsi zorakılığa məruz qalan 11 yaşlı qız müəssisəyə yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial mediada məlumat yayıb.
O bildirib ki, 8 yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan qızcığazın artıq anası tərəfindən də təhdidlərin olma səbəbindən onun uşaq müəssisəsinə yerləşdirilməsinə zərurət yaranıb.