AZ

Aeroportda baqajın artıq çəkisinə görə əməkdaş DÖYÜLDÜ

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniyanın Palma-de-Mayorka şəhərində yerləşən Son-San-Xuan hava limanında sərnişin aviaşirkət əməkdaşına hücum edib. Hadisə baqajın normadan artıq çəkisi ilə bağlı irad bildirildikdən sonra baş verib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Ryanair aviaşirkətinin Madridə uçan FR2062 saylı reysi üçün qeydiyyat zamanı əməkdaşlar sərnişinə baqajının tələblərə uyğun olmadığını bildiriblər. Bundan sonra kişi əməkdaşları təhqir etməyə başlayıb və özünü saxlaya bilməyərək onlardan birinə fiziki hücum edib.

Şahidlərin sözlərinə görə, sərnişin əməkdaşı bir neçə dəfə üz nahiyəsindən yumruqla vurub, nəticədə zərərçəkənin dodağı yarılıb və bir neçə dişi sınıb. Hücum edən şəxs bununla kifayətlənməyərək başla da zərbə endirib. Hadisə zamanı zərərçəkəndə güclü qanaxma yaranıb, hücum edən şəxs isə alın nahiyəsindən xəsarət alıb.

Qısa müddət sonra Mülki Qvardiyanın əməkdaşları hadisə yerinə gələrək təcavüzkarı saxlayıblar. Yaralanan aviaşirkət əməkdaşı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Saxlanılan şəxsə də tibbi yardım göstərilib.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
redaktor.az

2Mənbələr