AZ

Premyer Liqa: “Kəpəz” “İmişli”ni büdrətdi

“Kəpəz” cari mövsüm Azərbaycan Premyer Liqasında ilk dəfə heç-heçə edib.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisi XIX turda “İmişli” ilə üz-üzə gəlib.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma qolsuz yekunlaşıb. Xallarının sayını 19-a çatdıran “İmişli” 9-cu pillədə qərarlaşıb. “Sarı-göylər” 13 xalla 11-ci sıradadır.

Günün ikinci matçında “Turan Tovuz” “Karvan-Yevlax”la üz-üzə gələcək.

Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2) məğlub edib.

Seçilən
27
1
msport.az

2Mənbələr