AZ

Bakı Zooparkında nə baş verir? Yüzlərlə ziyarətçi məlumat ala bilmir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı Zooloji Parkının rəsmi internet səhifəsi fəaliyyətini dayandırıb.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, 2022-ci ildən etibarən yenilənən və ingilis, rus və Azərbaycan dillərində fəaliyyət göstərən www.bakuzoo.az saytına hazırda daxil olmaq mümkün deyil. İstifadəçilər səhifəyə keçid zamanı texniki xəta ilə qarşılaşırlar və portal açılmır.

Rəsmi internet səhifəsi Zooloji Parkda baş verən yeniliklərin, maraqlı xəbərlərin və keçiriləcək tədbirlərlə bağlı elanların ictimaiyyətə çatdırılmasında əsas informasiya platforması idi.

Saytın fəaliyyət göstərməməsi nəticəsində ziyarətçilər bu məlumatlara çıxış əldə edə bilmirlər. Eyni zamanda, Bakı Zooloji Parkına gəlişi asanlaşdırmaq məqsədilə tətbiq edilən onlayn bilet satışı da hazırda mümkün deyil. Rəsmi səhifə üzərindən həyata keçirilən elektron bilet alışı xidmətinin dayanması ziyarətçilər üçün əlavə çətinlik yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
globalinfo.az

2Mənbələr