AZ

Final matçında gözlənilməz an: Stadionda evlənən cütlüyə müğənni şahidlik edib

Amerikan futbolunun “Super Bowl” finalının fasiləsində baş tutan “Bad Bunny”nin yarımşousu zamanı nümayiş etdirilən toy səhnəsinin real olduğu təsdiqlənib.

İdman.Biz xəbər verir ki, stadionda keçirilən 13 dəqiqəlik çıxışın təxminən beşinci dəqiqəsində səhnədə həqiqi nikah mərasimi baş tutub. Ağ geyimdə olan cütlük rəsmi olaraq evləniblər.

Toy səhnəsindən sonra səhnəyə Lady Gaga və “Bad Bunny”nin son albomunda yer alan Puerto-Riko salsa qrupu Los Sobrinos çıxıb. Ardınca “Bad Bunny” “Baile Inolvidable” mahnısını ifa edərək toy iştirakçıları arasında rəqs edib.

Şoudan sonra sənətçinin nümayəndəsi nikahın real olduğunu açıqlayıb. Məlumata görə, cütlük “Bad Bunny”ni toylarına dəvət edib, lakin müğənni mərasimin “Super Bowl” səhnəsində keçirilməsini təklif edib. O, nikahın şahidi olub və rəsmi sənədi imzalayıb. Toy tortu da real olub.

İdman.Biz
Seçilən
48
1
idman.biz

2Mənbələr