Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Abşeron rayonu, Masazır qəsəbəsində qəzaya səbəb olan sürücü vurduğu ziyanı qarşılamayıb.
Bu barədə zərərçəkmiş sürücü Avtosfer.az-ın “Whatsapp” ünvanına hadisənin videosunu göndərərək ətraflı məlumat verib.
Qəza yanvarın 26-da saat 15:41 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb.
Belə ki, 99-VN-612 dövlət nömrə nişanlı “AzSamand” markalı avtomobilin sürücüsü sağ tərəfdə dayanmış maşına yol vermək üçün geri manevr edərkən arxadan gələn nəqliyyat vasitəsini vurub.
Kadrlardan görünür ki, qəzanı törədən sürücünün avtomobilinin yan güzgüsü yoxdur. Zərərçəkmiş sürücü hadisədən sonra maşınından düşərək maşınını yoxlayıb və boyasının qopduğunu müşahidə edib.
İzləyicinin sözlərinə görə, qəzanın səbəbkarının sığortası olmadığı üçün sığorta şirkəti ödəniş etməyib. Daha sonra hadisəyə səbəb olan şəxs vurduğu ziyanı qarşılayacağını vəd etsə də, zənglərə cavab verməyərək ödənişi həyata keçirməyib.
Nərmin
Oxunub 78
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.