Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə iştirak etmiş hər bir rusiyalının Avropa İttifaqına üzv ölkələrə girişi ömürlük qadağan edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak etmiş Rusiya vətəndaşları üçün Avropa İttifaqına girişə tam qadağa tətbiq etməyin vaxtı çatıb”, - o bildirib.
Sibiqanın sözlərinə görə, bu mümkün addım Avropa dövlətlərinin uzunmüddətli milli təhlükəsizliyi və onların vətəndaşlarının “rus quldurları”ndan qorunması ilə bağlıdır.
Ukrayna xarici işlər naziri qeyd edib ki, Estoniya artıq müvafiq qərarları tətbiq etməklə liderlik nümayiş etdirib və bu mexanizmin işlək olduğunu sübut edib:
“İndi bunu bütün Avropa İttifaqına şamil etməyin vaxtıdır. Avropa İttifaqındakı həmkarlarımı bu addıma ciddi yanaşmağa çağırıram. Söhbət Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsindən gedir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.