AZ

ABŞ bölgəyə daxil olur: Vensin bölgə səfərinin arxasında nə dayanır?

ain.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-11-də Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vensin mətbuat katibi məlumat verib. O vitse-prezidentin çərşənbə axşamı Vaşinqtona qayıdacağını deyib.

Qeyd edək ki, vitse-prezidentin bu axşam İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcəyi deyilir. Görüşdən sonra Vens və Paşinyan birgə bəyanatla çıxış edəcəklər.

ABŞ vitse-prezidenti İrəvandan sonra Bakıya gələcək. Vensin səfəri çərçivəsində ikitərəfli əməkdaşlıqla yanaşı, sülh məsələsi, regional təhlükəsizlik və TRIPP layihəsinin müzakirə olunacağı deyilir.

Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfərini bir neçə aspektdən dəyərləndirmək lazımdır.

Onun sözlərinə görə, 8 avqust tarixində Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı:

“ABŞ-nin vasitəçiliyi və təminatı ilə proses davam edir. Prezident Donald Tramp konstruktiv və səmimi şəkildə bu prosesi sona çatdırmaqda maraqlıdır. Çünki bu, həm də ABŞ-nin öz maraqlarına uyğundur. Prosesin irəliyə aparılması üçün Vensin bölgəyə səfərinə ehtiyac duyulur. Digər səbəb isə TRIPP layihəsinin işə düşməsi ilə bağlıdır. Şübhəsiz, Vensin səfəri çərçivəsində regional məsələlər, eyni zamanda ikitərəfli əlaqələr geniş müzakirə olunacaq. Son 5 ildə ABŞ-Azərbaycan münasibətlərində inkişaf olub, xüsusən ötən ilin avqustundan etibarən ikili əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı real addımlar atılmaqdadır. TRIPP layihəsinin də siyasi tərəfi həll olunub, sadəcə texniki-iqtisadi əsaslandırması məsələləri qalıb. Bu ilin sonunadək prosesin başa çatdırılması planlaşdırılır”.

Oqtay Qasımov: Səfər çərçivəsində regional məsələlər, eyni zamanda ikitərəfli əlaqələr geniş müzakirə olunacaq

O.Qasımov əlavə edib ki, ehtimallardan biri də odur ki, ABŞ tərəflərdən Ermənistanda keçiriləcək parlaments seçkisinədək sülh sazişinin imzalanmasını istəyə bilər:

“Məlumdur ki, rəsmi Bakının İrəvan qarşısında yekun sülhün imzalanması üçün konkret tələbi var. Bu da Ermənistan Konstitusiyasında ərazi iddialarının tamamilə aradan qaldırılmasıdır. Hazırda Ermənistanda bununla bağlı işlərin getdiyi deyilir, hətta açıqlama verilib ki, mart ayında yeni Konstitusiyanın mətni ilə bağlı çalışmalar yekunlaşacaq. Əgər proses Azərbaycanın istədiyi kimi gedərsə, ona paralel olaraq sülh prosesi də sürətlənə bilər”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
bakivaxti.az

2Mənbələr