Fevralın 9-da gənclər və idman naziri Fərid Qayıbov Fələstin Dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Əhməd Metanini qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş zamanı Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.