Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 9 fevral, AZƏRTAC
Almaniyada yaşayan azərbaycanlı yeniyetmə cüdoçu Ömər Siracov növbəti uğura imza atıb.
AZƏRTAC-ın məlumatına görə, 2016-cı il təvəllüdlü idmançı Emmerix-am-Reyn şəhərində təşkil olunan turnirdə rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın reqlamentinə əsasən, bu turnirdə ətraf şəhərlərin qalib komandaları mübarizə aparıblar.
Qeyd edək ki, Ömər Siracov təkcə Almaniyada keçirilən yarışlarda deyil, həmçinin Niderlandda müxtəlif illərdə təşkil olunan turnirlərdə də uğurla çıxış edərək, üç bürünc medal qazanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.