AZ

“Payonix BOKT”a son iki ildə əlavə 2 mln. manat maya qoyulub

“Payonix Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırlaraq 2 milyon 760 min manata qaldırılıb.

Banker.az xəbər verir ki, kapital bununla da 385 min manat və ya 16 faiz artırılmış olub.

Buna qədər nizamnamə kapitalı 2 milyon 375 min manat idi.

BOKT 2022-ci ildə 300 min manatla təsis edilsə də, 2024-cü ildəən sonra əlacə 2 mln. manat kapital yatrılıb.

BOKT 2024-cü ili 171 min manat xalis zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə zərərin təqribən iki dəfə artması deməkdir. Belə ki, ötən ilki zərər 96 min 839 manat səviyyəsində idi.

Xatırladaq ki, “Payonix BOKT” 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. Onun təsisçisi 100% Fuad Bağırovdur.

Seçilən
46
banker.az

1Mənbələr