AZ

Aqşinlə dostluq edəndə Nəfəs tanınmırdı, 6 yaşından şou biznesdəyəm

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müğənni Aysun İsmayılova canlı efirdə bir müddət öncə söylədiyi sözlərə münasibət bildirib və bəzi açıqlamalarının yanlış anlaşıldığını bildirib.

Milli.Az xəbər verir ki, sənətçi Nəfəslə münasibətinin yaxşı və hörmətli olduğunu vurğulayıb:

"Bununla bağlı Nəfəslə danışdıq. Aramızda gözəl münasibət və qarşılıqlı hörmət var. Deyilənləri ləğv etmək üçün sözlərimi istifadə etməmişəm. Sual verdilər ki, Aqşinlə duetinə görə Nəfəs inciməyəcəkmi? Dedim ki, mən Aqşini tanıdıqda Nəfəs tanınmırdı. 6 yaşından şou-biznesdəyəm, Aqşinlə yaxın dostluğumuz "Barama" filminin çəkilişindən yaranıb, daha sonra "Maşın Şou"da da gözəl dostluq münasibətimiz oldu. O vaxtlarda Nəfəs müğənnilik etsə də tanınmırdı. Nəfəsə ironiya ilə heç nə demirəm. Aqşin bəy yalnız mənimlə deyil, həm də Vəfa xanımla və b. duetləri var, Nəfəsin xətinə dəyməz.

Bundan əlavə, o vaxt bir verilişdə Talıb Tale ilə Nəfəs xanım duet oxuyub, sonra Zeynəblə oxuyublar. Orada Talıb Nəfəsə deyib ki, "Küsməzsən?" Burada nə var ki? Duetdir də. Mən birlikdə oxuduğuma başqası ilə oxuma deyə bilmərəm".

Aysun İsmayılova sözlərinin yanlış yozulmasından danışaraq, Nəfəslə münasibətlərinin dostluq çərçivəsində davam etdiyini bildirib.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
4
news.milli.az

5Mənbələr