"Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyev regionda dayanıqlı inkişafın, təhlükəsiz gələcəyin qurulması üçün Ermənistana sülh təklifini etdi. Bu sülh təklifinin reallığa çevrilməsi istiqamətində Azərbaycanın atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir". "Olaylar" xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva deyib: "Azərbaycan hər zaman bütün məsələlərin ədalət və beynəlxalq hüquq prinsipləri əsasında həllinə səy göstərir. Qarabağ münaqişəsinin 30 il davam etməsi də ölkəmizin sülh danışıqlarına verdiyi önəmin göstəricisidir. Lakin Ermənistan 30 ildə aparılan danışıqlara yalnız danışıq xatirinə qatıldı. Hər vəchlə məsələnin həlli prosesinin uzanmasına çalışdı. Dünyanın ikili standartlara əsaslanan siyasətinin də problemin həlli prosesinin uzanmasında rolu aydındır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdır, lakin bəzi dünya gücləri işğalçını adı ilə çağırmaq istəmədi, Ermənistana sanksiyaların tətbiqi barədə düşünmədi. Maddi və mənəvi dəstəkləri ilə münaqişənin nizamlanması prosesinin uzanmasına səbəb oldular. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa etdi, işğala son qoydu, növbəti mərhələdə isə regionun təhlükəsiz gələcəyi, dayanıqlı sülhün təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Azərbaycan sülh gündəliyinin müəllifi kimi nüfuz qazandı"Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31