AZ

Rusiyadan Ukraynaya qarşı hava terroru Son həftədə 1 735 dron, 123 raket…

ain.az, Bizim media portalına istinadən məlumat verir.

2026-cı ilin fevral ayının ilk həftəsində Rusiya qoşunları Ukraynaya qarşı 1 735 ədəd kamikadze-dron və saxta hədəf tətbiq edib. Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Aleksandr Kovalenko yazıb.Onun sözlərinə görə, onlardan təxminən 90 faizi vurulub:

 

“Bu, ilin əvvəlindən bəri ən intensiv həftəlik hücumlardan biridir. Eyni zamanda Rusiya raket zərbələrini kəskin şəkildə artırıb: bir həftə ərzində 123 raket buraxılıb ki, bu da yanvar ayının demək olar ki, aylıq göstəricisinə bərabərdir. Zərbələrdə əsas üstünlük ballistik raketlərə verilib. 3 fevral tarixində rekord qeydə alınıb — bir sutkada 32 buraxılış”.

Ekspertin qiymətləndirməsinə görə, məqsəd sərt şaxtalar fonunda Ukraynanın enerji infrastrukturuna maksimum ziyan vurmaqdır. Fevral ayı dron və raket hücumlarının sayına görə ən intensiv aylardan biri ola bilər.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
bizim.media

2Mənbələr