AZ

Kimlərin maaşları artacaq?


“Əmək Məcəlləsinə” təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov öz sosial media hesabında yazıb.
“Minimum əməkhaqqı məbləğinə baxılması daha kimlərin maaşlarını artıracaq?
Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Buraya sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Seçilən
11
35
yeniavaz.com

10Mənbələr