AZ

Sərxoş boksçu əlil gənci liftdə amansızcasına DÖYDÜ – VİDEO

Barnaulda sərxoş boksçu serebral iflicdən əziyyət çəkən gənci liftdə amansızcasına döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Barnaul şəhərində liftlərdən birində serebral iflicdən əziyyət çəkən 23 yaşlı Dmitriy adlı gənc sərxoş bir idmançının hücumuna məruz qalıb. Məlumata görə, liftin kabinəsində tərəflər arasında söhbət yaransa da, Dmitriy fiziki məhdudiyyəti səbəbindən qarşı tərəfin nə dediyini anlamayıb.

Sərxoş vəziyyətdə olan boksçu isə gəncin onu anlamamasını özünün ələ salınması kimi qəbul edərək qəzəblənib. O, dərhal Dmitriyə hücum edərək onu yumruqlarla döyməyə başlayıb, həmçinin əlindəki açarla gəncin qaş nahiyəsini yaralayaraq dərin kəsik xəsarəti yetirib.

Gənc liftdən qaçıb canını qurtarmağa çalışsa da, boksçu bir müddət onun arxasınca düşərək təqibini davam etdirib. Zərərçəkmiş gənc aldığı xəsarətlərlə bağlı polisə müraciət edib.

Hazırda faktla bağlı araşdırma aparılır və hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr