AZ

Türkiyə Ermənistanla sərhəddəki keçid məntəqəsinin açılması üzrə işləri sürətləndirib

Türkiyə Ermənistanla sərhəddəki “Alican” keçid məntəqəsin bərpa üzrə işləri sürətləndirib.

APA xəbər verir ki, “Yeşil Iğdır” qəzetinə istinadən xəbər verir ki, İğdır valisi Fırat Taşolar Türkiyə-Ermənistan sərhədində 1993-cü ildən bəri bağlı olan “Alican” keçid məntəqəsinə baş çəkib.

O, artıq yekunlaşmaq üzrə olan yenidənqurma və təmir işləri ilə tanış olub.

İğdır valisi texniki heyətbirlikdə sərhəd boyunca olan keçid marşrutlarını yoxlayıb, işlərin yaxın vaxtlarda tamamlanacağını vurğulayıb.

Qəzetin yazdığına görə, “Alican” keçid məntəqəsənin açılması yalnız diplomatik deyil, həm də bölgə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu, İğdır və ətraf əyalətlərdə ticarət fəaliyyətlərinin artmasına və iqtisadiyyatın canlanmasına səbəb olacaq.

Eyni zamanda, bildirilib ki, “Alican” keçid məntəqəsənin açılması Cənubi Qafqaz üzərindən daşıma marşrutlarının qısalması ilə logistikanın daha səmərəli hala gəlməsinə, Türkiyə ilə Ermənistan arasında qarşılıqlı səfərlərin artmasına və bölgə turizminin inkişafına şərait yaradacaq.

Seçilən
2
7
apa.az

8Mənbələr