İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. O, daha əvvəl isə nazirliyin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2022-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayan M.Abdullayev o vaxta qədər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA-nın vitse-prezidenti vəzifələrini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyevanın oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31