AZ

Keçmiş rəisin məhkəməsi başlayıb

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyev barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinə hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası 23 fevrala təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
10
reyting.az

10Mənbələr