AZ

Rusiya bəzi miqrantlara istedad vizaları verməyə başlayacaq

ain.az bildirir, Cebheinfo portalına istinadən.

2026-cı ilin aprelindən etibarən Rusiya ölkə üçün faydalı və yüksək ixtisaslı xarici vətəndaşlar üçün “istedad vizası” tətbiqinə başlayacaq.

"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkənin səfirlik və konsulluqları müəyyən meyarlara cavab verən xaricilərə bir il müddətinə çoxgirişli iş vizaları verməyə başlayacaq.

Qərarın Dövlət Dumasının deputatı Mixail Delyaginin təklifi əsasında qəbul edildiyi qeyd olunub.

Lavrov xatırladıb ki, Rusiya Prezidentinin 2025-ci il tarixli 883 nömrəli fərmanı ilə ixtisaslı miqrasiyanı asanlaşdırmağı hədəfləyən yeni çərçivə artıq qüvvəyə minib. 

Buna əsasən elm və texnologiya, istehsal, idman, yaradıcı sənayelər, eləcə də mədəni və humanitar sahələrdə uğur qazanmış, cəmiyyətin və iqtisadiyyatın inkişafına və ya ölkənin müdafiə və təhlükəsizliyinə töhfə vermiş şəxslər, həmçinin xüsusilə tələbat olan peşə, ixtisas və bacarıqlara malik xaricilər müraciət edə biləcəklər. 

Müraciəti qəbul edilən şəxslərin ailə üzvləri də viza proqramına daxil ediləcək.

Qeyd edək ki, sözügedən vizaların verilməsi üçün zəruri inzibati infrastrukturun 15 aprel 2026-cı ilədək tamamlanması planlaşdırılır. Mexanizmin tam tətbiqi Daxili İşlər Nazirliyinin “Rusiyanın maraqlarını təmsil etdiyi” qəbul edilən xaricilərlə bağlı qərar formasını təsdiqləməsindən asılı olacaq.

Delyagin daha əvvəl yüksək ixtisaslı xaricilər üçün daha uzunmüddətli viza və yaşayış icazəsi prosedurlarında asanlıqların yaradılmasını təklif etmiş, ixtisassız miqrasiyanın iqtisadi baxımdan fayda vermədiyinə diqqət çəkmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr