AZ

Bu sahədə işləyənlərin maaşı artırılacaq Deputatdan açıqlama + SİYAHI

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Əmək Məcəlləsinə" təklif edilən və artıq parlamentdə birinci oxunuşda qəbul olunan dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, sənədə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq: "Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunacağı deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir".

V.Bayramov xatırladıb ki, vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir: "Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər"(Report).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
28
mia.az

10Mənbələr