Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran parlamentində Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Əbdül Rəhim Musəvi və xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə son hadisələr, danışıqlar prosesi, həmçinin ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizlik sahəsində vəziyyətlə bağlı qapalı müzakirə keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat katibi Abbas Qudərzi məlumat verib.
Onun sözlərinə görə, toplantının məqsədi İranda “diplomatiya və yerlərdə iş”in tamamilə koordinasiya olunub, razılaşdırılıb və bir-birini tamamlaması kimi vacib məqamı vurğulamaq idi: “Bu iki anlayışa bir medalın iki üzü kimi baxılır”.
A.Qudərzi əlavə edib ki, görüşdə keçmiş danışıqlar zamanı buraxılmış səhvləri təkrarlamaqdan çəkinmək xüsusi qeyd olunub:
“Deputatlar vurğulayıblar ki, danışıqlar güc və nüfuz mövqeyindən aparılmalıdır. Ölkənin nüvə sənayesinin qorunması diplomatik qrupun gündəliyində qaçılmaz “qırmızı xətt” olmalıdır. Çünki bu sahə ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıyır və milli borcudur”.
Mətbuat katibi həmçinin deyib ki, görüşdə İranın uranın sıfır səviyyədə zənginləşdirilməsini qəbul etməyəcəyi, bu məsələnin gələcək nəsillərin yaşamaq hüququ kimi qorunmalı olduğu da vurğulanıb:
“Danışıqların yeri və çərçivəsi tamamilə İran tərəfindən müəyyən edilib”.
A.Qudərzi eyni zamanda bildirib ki, Abbas Əraqçi İranın iqtisadi diplomatiya missiyasına, xüsusilə qonşu ölkələrlə münasibətə laqeyd yanaşmayacağını da söyləyib.
(report)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.