AZ

Mənlik deyil, bunları Putin edir Lavrov

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rusiya öz xarici siyasətində postsovet məkanına, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avrasiya İqtisadi Birliyinə (AEİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) xüsusi diqqət yetirir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TV BRICS” beynəlxalq şəbəkəsinə müsahibəsində deyib.

“Nəticələr haqqında qərar vermək bizim işimiz deyil. Prezident (Vladimir Putin – red.) var, biz onun rəhbərliyi altında konstitusiyaya uyğun fəaliyyət göstəririk. O, xarici siyasətimizi müəyyən edir, təsdiqləyir.

Biz hər bir tərəfdaş ölkə ilə prezidentlər və baş nazirlər arasında razılaşmalar əsasında birgə fəaliyyət planları hazırlayırıq. MDB-yə, AEİB-ə, KTMT-ə və ümumilikdə postsovet məkanına xüsusi diqqət göstərilir”, – Lavrov qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
105
globalinfo.az

1Mənbələr