AZ

Dehli məktəblərində bomba həyəcanı: şagirdlər təxliyə edilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 9 fevral, AZƏRTAC

Hindistanda bir neçə məktəb elektron poçt vasitəsilə bomba təhdidi barədə xəbərdarlıq aldıqdan sonra paytaxt Dehlidə təhlükəsizlik qüvvələri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.

AZƏRTAC xəbər verir ki, “The Times of India” qəzetinin məlumatına görə, məktəblərdəki şagirdlər və işçilər təxliyə edilib. Polis bölmələri və partlayıcı qurğular üzrə mütəxəssislər hadisə yerinə gəliblər. Bomba axtarışına kinoloqlar və itlər də cəlb olunub. Eyni zamanda, hədələyici elektron məktubların mənbəyi araşdırılır.

Yanvar ayında da Hindistanın hakimiyyət orqanları oxşar elektron məktublar aldıqdan sonra paytaxt məktəblərində təhlükəsizlik tədbirlərini gücləndirilmişdi. Lakin sonradan bu təhdidlərin hamısının yalan olduğu ortaya çıxmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
azertag.az

2Mənbələr