Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 1,352 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Yanvarda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 10,7 % azalaraq 187,382 milyon ABŞ dollarına düşüb.
Türkiyədən ən çox idxalı Almaniya 24 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 19,1 % az), ABŞ 22,485 milyon ABŞ dolları (-38,7 %) və İraq 14,969 milyon ABŞ dolları (+117,5 %) həyata keçirib.
"Cebheinfo.az"