AZ

İspaniyada tətillər səbəbindən dəmiryolu nəqliyyatında problemlər yaranıb

İspaniyada maşinistlərin üçgünlük tətili ilə əlaqədar dəmiryolu nəqliyyatında fasilələr müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Buna səbəb yanvar ayında ölkədə baş vermiş iki ölümcül qəzadan sonra maşinistlərin təhlükəsizlik şərtlərinin gücləndirilməsini tələb etməsidir.

Maşinistlərin əsas həmkarlar ittifaqı "Semaf" tərəfindən təşkil edilmiş tətil, Əndəlusdakı iki sürətli qatarın toqquşması nəticəsində 45 nəfərin həlak olmasından və Kataloniyada baş verən qəzada daha bir nəfərin ölməsindən sonra elan edilib.

Nəqliyyat naziri Oskar Puente tətili dayandırmaq üçün həmkarlar ittifaqları ilə danışıqlar aparıb, lakin onlar uğursuzluqla nəticələnib.

"Dəmiryollarında təhlükəsizliyin daimi şəkildə pisləşməsi qəbuledilməzdir", - "Semaf"ın bəyanatında bildirilib.

Seçilən
43
far.az

1Mənbələr