AZ

Türkiyənin əhalisi 86 milyona çatdı

Türkiyə əhalisi 2025-ci ildə əvvəlki illə müqayisədə 427 min 224 nəfər artaraq 86 milyon 92 min 168 nəfər olub.

“Yeni Sabah” Anadolu-ya istinadla xəbər verir ki, Türkiyə Statistika İdarəsi (TÜİK) 2025-ci il nəticələrinə əsasən, kişilərin sayı 43 milyon 59 min 434 nəfər (50,02 faiz), qadınların sayı isə 43 milyon 32 min 734 nəfər (49,98 faiz) təşkil edib.

Türkiyədə yaşayan xarici vətəndaşların sayı əvvəlki illə müqayisədə 38 min 968 nəfər artaraq 1 milyon 519 min 515 nəfərə çatıb. Bu göstəricinin 49,3 faizini kişilər, 50,7 faizini isə qadınlar təşkil edir.


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr