AZ

“Alican” keçid məntəqəsində hazırlıqlar sürətlənib

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə–Ermənistan sərhədində yerləşən “Alican” sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri sürətləndirilib.

“AzPolitika” bildirir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, İğdır vilayətinin valisi sərhəd-keçid məntəqəsində aparılan yenidənqurma və modernləşdirmə işlərinin gedişi ilə yerində tanış olub. Bildirilir ki, hazırlıq prosesi artıq yekunlaşmaq üzrədir.

Xatırladaq ki, ötən ay yayılan məlumatlarda “Alican” keçid məntəqəsində işlərin 90 faizinin tamamlandığı qeyd olunurdu. Layihə çərçivəsində sərhəd mühafizəsi və gömrük funksiyaları üçün nəzərdə tutulan yeni binalar inşa edilib, həmçinin Ermənistandan Türkiyəyə gələn şəxsləri İğdır və ətraf bölgələrə səfərə təşviq edən reklam lövhələri quraşdırılıb.

Bununla yanaşı, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport daşıyıcıları üçün elektron vizaların ödənişsiz verilməsi nəzərdə tutulur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
azpolitika.info

1Mənbələr