AZ

Düşdüyümüz vəziyyətdən çıxmaq istəyirik, amma bunu hamı istəməlidir

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Təbii ki, turnir cədvəlində sonuncu pillədə olduğumuza görə gərginlik var. Psixoloji cəhətdən yaxşı vəziyyətdə deyilik. Bu vəziyyətdən çıxmaq istəyirik. Amma bunu hamı istəməlidir, hamı. Hazırlıqlarımıza davam edirik. Çalışırıq ki, vəziyyəti düzəldək".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev deyib.

Bölgə klubunun kapitanlarından biri olan Abdullayev komandasının qələbəsiz qalmasının səbəbləri haqda danışıb. O, "Karvan-Yevlax"ın bu gün Misli Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"a qarşı keçirəcəyi matçdan gözləntilərini də bölüşüb:

"Qələbə qazana bilməməyimizi nəyəsə bağlamaq istəmirəm. Sadəcə qarşıdakı matçlara hazırlaşmaq lazımdır. Hər halda, oyunlarımız az deyil. Çalışacağıq ki, durumu dəyişək. Qarşıda oyunumuz var, həmin görüşə hazırlıqlar davam edir. "Turan Tovuz" iddialı komandadır. Bunu yaxşı başa düşürük. Onlar Premyer Liqada 3-cü pillədə qərarlaşıb. Təbii ki, "Turan Tovuz"a qarşı matç çətin keçəcək. Bilirsiz, bizim üçün hamısı çətindir. Sadəcə hər şeyimizi meydanda qoymalıyıq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
sportal.az

2Mənbələr