AZ

Günəşdə güclü partlayış

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fevralın 9-da Günəşdə “M” sinfindən olan güclü partlayış baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“9 fevral tarixində Moskva vaxtı ilə saat 05:27-də (Bakı vaxtı ilə 06:27) rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N17W56) 30 dəqiqə davam edən M2.8 sinifli alışma qeydə alınıb”,- məlumatda qeyd olunur.

Bundan əvvəl, fevralın səkkizində 4366 aktiv sahəsinin M və X sinfindən olan partlayışların sayına görə 21-ci əsrin tarixi rekordunu təzələdiyi bildirilmişdi.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
4
modern.az

5Mənbələr