AZ

İsrail ordusu gizli tuneldən çıxan 4 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

İsrail hərbiləri Qəzza zolağının cənubunda yerləşən Rəfahşəhərində gizli tuneldən çıxaraq əsgərlərə hücum edən dördfələstinli silahlını zərərsizləşdirib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF-in bildirdiyinə əsasən, Rəfahın şərqində aparılan təmizləməəməliyyatları zamanı tuneldən çıxaraq 7-ci Zirehli Briqadanınhərbçilərinə atəş açan dörd terrorçu müəyyən edilib.

Əsgərlər cavab atəşi açıblar və dörd terrorçunu məhv ediblər.Hadisə nəticəsində israilli hərbçilər arasında itki barədə məlumatyoxdur.

IDF bu hücumu İsrail ilə HƏMAS arasında mövcud olan atəşkəsin“açıq-aşkar pozulması” kimi qiymətləndirir və insidentə “son dərəcəciddi” yanaşdığını bildirir.

Məqalədə:
Seçilən
53
az.trend.az

1Mənbələr