ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Liverpul" Avropa çempionunu yola salmaq istəyir
"Liverpul" yay transfer pəncərəsində futbolçusu, İtaliya millisinin keçmiş üzvü Federiko Kyeza ilə yolları ayıra bilər.
QOL.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.
28 yaşlı cinah yarımmüdafiəçisi İngiltərə futboluna uyğunlaşmaqda çətinlik çəkir. Klub isə onu satmağı düşünür.
"Mersisaydlılar" transferdən təxminən 25-30 milyon avro qazanmaq istəyir. "Yuventus" artıq oyunçunun mümkün geri qaytarılması üzərində işləyir. "Roma" və "Napoli" də Avropa çempionu ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Kyeza bu mövsüm bütün yarışlarda 24 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib. O, ümumilikdə 392 dəqiqə meydanda olub. Federikonun "Liverpul"la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.