Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 9 fevral, AZƏRTAC
Kuba hakimiyyəti bazar ertəsi günü adada aviasiya yanacağının tükənəcəyi barədə beynəlxalq aviaşirkətləri məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, EFE agentliyinin məlumatına görə, Kubada yaranmış vəziyyət əsasən ABŞ, İspaniya, Panama və Meksika aviaşirkətlərinə təsir edəcək. Yanacaq qıtlığı daha az uçuşa və adaya səyahət edənlərin sayının azalmasına səbəb olacaq.
Bundan əvvəl Rusiyanın Havanadakı səfiri Viktor Koronelli Venesueladan neft tədarükünün dayandırılmasından sonra adada uzun müddətdən bəri davam edən yanacaq çatışmazlığının daha da kəskinləşdiyini bildirib.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Venesueladan neft tədarükünün dayandırılmasından sonra Kubanın çöküşü başlaya bilər. O, həmçinin adaya yanacaq tədarükünü davam etdirən digər ölkələri sərt tədbirlərlə hədələyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.