
Türkiyədə özlərini investisiya məsləhətçisi kimi təqdim edərək insanlarda pul oğurlayan 68 şübhəli saxlanılıb.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, aidiyyəti qurumlar tərəfindən fond birjasında yüksək gəlir vədləri ilə bağlı araşdırma başlayıb. Bu istiqamətdə "cinayət törətmək üçün təşkilat yaratma", "cinayətkar təşkilata üzvlük" və "ağır dərəcədə dələduzluq" cinayətləri ilə bağlı başlanan istintaq davam edir.
Bildirilib ki, saxlanılan 68 şübhəlinin qurduqları 50 şirkət vasitəsilə ümumilikdə 127 milyon türk lirəsi (4 milyon 950 min manat) məbləğində fırıldaqçılıq edib.
İlahə Qənbərli
Missiya.Az