AZ

Türkiyədə narkotik ƏMƏLİYYATI: 140-dan çox şəxs SAXLANILIB

Ajans.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son 10 gün ərzində ölkənin 24 əyalətində narkotik satıcılarına qarşı reydlərin təşkil olunduğunu açıqlayıb. Əməliyyatlar zamanı ümumilikdə 1 ton 124 kiloqram narkotik vasitə və 1 milyon 826 min ədəd narkotik tərkibli həb müsadirə edilib. Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin yayılması ilə məşğul olan 144 şübhəli saxlanılıb.

Qeyd olunub ki, bu əməliyyatlar narkotiklə bağlı cinayətkarlığa qarşı mübarizəni gücləndirmək və ictimai təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilib.

Seçilən
18
Ajans.az

1Mənbələr