AZ

MY Qarabağ ın rəqibinin yarımmüdafiəçisini alacaqmı? Məbləğ açıqlandı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cari mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcəyi dəqiqləşən Kazemironun yerini tutmağa bir neçə namizəd var.

Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, onlardan biri "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalidir. 

Mənbə "sağsağanlar"ın bu futbolçunun transferi üçün MY-dən 100 milyon avro istəyəcəyini vurğulayıb. Məlumata görə, "qırmızı şeytanlar"ın digər variantları Elliot Anderson ("Nottingem Forest") və Adam Uortondur ("Kristal Pelas").

Xatırladaq ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Nihat  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
fanat.az

2Mənbələr