AZ

Ukraynaya artilleriya sursatlarını gecikdirən Amerika istehsalçıları cərimələnəcək - KİV

Amerikanın Northrop Grumman və Global Military Products müdafiə şirkətləri Kiyevə göndərilməsi nəzərdə tutulan artilleriya sursatlarının çatdırılmasını gecikdiriblər. ABŞ ordusu həmin istehsalçıları cərimələməyi planlaşdırır.

Herbiand.az bu barədə Bloomberg agentliyinə istinadən bildirir.

Məlumata görə, podratçılarla müqavilə bağlamaqdan məsul olan ordu komandanlığı Müdafiə Nazirliyinin tövsiyələrinə əməl edir. Noyabr ayında dərc olunmuş hesabatda Pentaqonun baş müfəttişi iri çaplı sursatların çatdırılmasını gecikdirən şirkətlərə təxminən 1,1 milyon dollar cərimə tətbiq etməyi tövsiyə edib.

“Ordu podratçıları məsuliyyətə cəlb etmək niyyətindədir və müqavilənin icrasını yaxından izləyir”, - ordu komandanlığının bəyanatında deyilir.

Cərimənin dəqiq məbləği və hər bir şirkətə ödənilməli olan cərimənin payı barədə hələ qərar verilməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
43
herbiand.az

1Mənbələr