AZ

Lavrovdan Avropaya hədə dolu mesaj: "...tammiqyaslı hərbi cavab olacaq"...



"Biz Ukraynada xüsusi hərbi əməliyyat keçiririk. Avropaya hücum etmək niyyətimiz yoxdur; buna qətiyyən ehtiyacımız yoxdur".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV-yə verdiyi müsahibədə bu barədə bildirib.

Avropanın Rusiyanı təhdid etdiyini deyən Lavrov "Əgər Avropa qəflətən bizə qarşı müharibəyə hazırlaşmaq üçün təhdidlərini həyata keçirərsə və Rusiya Federasiyasına hücum edərsə, onda prezidentin dediyi kimi, bu, bizim tərəfimizdən xüsusi hərbi əməliyyat olmayacaq. Bu, müvafiq doktrinal sənədlərə uyğun olaraq bütün mövcud vasitələrdən istifadə etməklə tammiqyaslı hərbi cavab olacaq", - deyə qeyd edib.

SAMİRƏ

Seçilən
15
baki-xeber.com

1Mənbələr