ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta konstruksiyadan ibarət söhbətgahda baş vermiş yanğın genişlənərək bilavasitə yaxınlıqda yerləşən fərdi yaşayış evinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10 kvm olan söhbətgah və yaxınlıqda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 10 kvm sahədə yanıb.
Fərdi yaşayış evi yanğından mühafizə olunub.
P.ƏMİRCANOVXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.