General-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsdin törədicisi Lyubomir Korba və onun əlbir olduğu Viktor Vasin günahlarını etiraf ediblər .
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lyubomir Korba 2025-ci ilin avqust ayında Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən işə götürülüb. O, hətta Kiyevdəki atış poliqonunda atıcılıq təlimi keçib. General Alekseyevə qarşı sui-qəsd əmri alıb. Korba həmçinin Moskvadakı digər yüksək rütbəli hərbi məmurları da izləyib.
O, Rusiyanı tərk etdikdən qısa müddət sonra Dubayda saxlanılıb.