AZ

Nobel mükafatı laureatı İranda 7,5 il həbs cəzasına məhkum edilib

ain.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nobel mükafatı laureatı İranda 7,5 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı (2023) Nərgiz Məhəmmədi 7,5 il həbs cəzasına məhkum edilib. Oxuməni.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi bazar günü onun vəkili Mustafa Nilinin X sosial şəbəkəsində etdiyi paylaşımlara istinadən məlumat yayıb.

Məhəmmədi 12 dekabr 2025-ci ildə hüquq müdafiəçisi Xosrov Əlikordinin anım mərasimində saxlanılıb, 2 fevral 2026-cı ildə isə aclıq aksiyasına başlayıb. Fevralın 8-də isə 53 yaşlı fəal, xüsusilə qadın hüquqları uğrunda çıxış edən, "toplantılarda iştirak etdiyinə və cinayət törətmək məqsədi ilə sui-qəsd etdiyinə" görə 6 il, təbliğat aparmaq üçün isə əlavə 1,5 il həbs cəzasına məhkum edilib. Bundan əlavə, həbsdən sonra 2 il ölkə hüdudlarından kənara çıxmaq qadağası, eyni müddətdə isə Məhəmmədi Xusf şəhərində yaşamaq məcburiyyətində qalacaq.

Nilinin sözlərinə görə, hüquq müdafiəçisi 3 gün əvvəl səhhətindəki problemlərə görə xəstəxanaya köçürüldüyünü, lakin sonra yenidən həbsə qaytarıldığını bildirib. Eyni zamanda, vəkil Məhəmmədinin səhhəti nəzərə alınaraq, onun "müalicə üçün müvəqqəti girovla azad ediləcəyini" gözləyir..

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bunun 10 ilini həbsxanada çəkib. 2024-cü ilin dekabrında ona səhhətinə görə 21 günlük məzuniyyət verilib, sonra bu müddət daha altı ay uzadılıb.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
oxumeni.az

2Mənbələr