AZ

Dollar çökür? Bank of America dan TƏCİLİ açıqlama

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ dollarının sürətlə dəyər itirməsi ilə bağlı yayılan iddialar reallığı əks etdirmir.

Turkustan.az xəbər verir ki, "Bank of America" bazar məlumatlarına istinadən bildirir ki, hazırkı göstəricilər Amerika aktivlərindən struktur və kütləvi çıxışın baş verdiyini təsdiqləmir.

Son həftələrdə dolların volatilliyi artsa da və müəyyən məqamlarda çoxillik minimumlara yaxınlaşsa da, bu proses “Amerikanı sat” strategiyalarının sistemli xarakter aldığını göstərmir. Bankın analitiklərinin fikrincə, müşahidə olunan dalğalanmalar daha çox qısamüddətli bazar reaksiyaları ilə bağlıdır və fundamental dönüşdən xəbər vermir.

Məlumatda qeyd olunur ki, dollar uzunmüddətli perspektivdə müəyyən təzyiqlərlə üzləşə bilər. Lakin mövcud kapital axınları, ABŞ maliyyə alətlərinə maraq və investor davranışları valyutanın mövqeyinin hələlik qorunduğunu göstərir. Bu baxımdan, dolların sürətli və nəzarətsiz şəkildə dəyərdən düşməsi ilə bağlı ssenarilər şişirdilmiş hesab olunur.

Hesablarmalara görə, yaxın dövrdə dolların taleyi əsasən ABŞ-nin monetar siyasəti, qlobal risk mühiti və makroiqtisadi göstəricilərin dinamikası ilə müəyyənləşəcək. Hazırkı mərhələdə isə bazarlar dolların “çöküşü”nə dair aydın siqnallar vermir. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
3
icma.az

4Mənbələr