AZ

Əbülfət Mədətoğlu: GETMİSƏN...

ain.az, Adelet.az saytına istinadən bildirir.

Son günlər  həyatımda  baş  verən  köçlə  bağlı xeyli  narahatlıq  keçirsəm də illərin o  biri  üzündə  -bir az  gözdən uzaq  qalmış   ilk şeirlərimin  yuvası  olan  qovluqları da təzə  yurda  daşıdım... Və  həm  qovluqlardan  birini  açdım...qarşıma  bu  şeir  çıxdı... İstədim  sizə  təqdim edim.

GETMİSƏN...

Bu  dünyanı  birsifətli  bilirdin,

Yüz  sifətdir  bax, qor  olub ,  getmisən...

Dodağından  bal  damırdı, silirdin -

İndi  isə bax, şor  olub,getmisən!..

Tumurcuğun  çiçək halın  görmədən,

Barmaqların qız  saçını  hörmədən...

Qəlb  qocaldan   səhər  adlı  "türmədən" -

Xəşəmlənmiş  yarpaq  olub  getmisən...

Yaşamağa, yaşatmağa   gələnlər-

Çox  görürəm yarınaraq  gülənlər!

Bir də  onda  biləcək ki, bilənlər -

Bircə  xışma  torpaq  olub  getmisən!..

Sellə  dolub  baxışların  dinəndə,

Həmənkisən sən bu  gün də, dünən də!

Həsrət  elə  turp  əkib ki, sinəndə -

Ay  Əbülfət, qorxaq  olub  getmisən!..

 15  avqust  1977- ci il 

 Bakı, qəbul imtahanı vaxtı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
adalet.az

2Mənbələr