AZ

XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar baş tutacaq

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.

“İki sahil” xəbər verir ki, dağ xizəyi, körlinq, fiqurlu konkisürmə, sərbəst ülubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, skeleton, xizəklə tramplindən tullanma, snoubord və sürətli konkisürmə üzrə yarışlar keçiriləcək.

Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Seçilən
7
16
ikisahil.az

10Mənbələr