AZ

Yüksək peşə təhsilini seçənlərə hərbidən möhlət VERİLSİN

Əgər biz gənclərin peşə təhsili müəssisələrinə yönəlməsini istəyiriksə, mütləq şəkildə yüksək peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir.

AzEdu.az-a bu sözləri təhsil eksperti Ramin Nurəliyev söyləyib. 

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

O, qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ verilmədiyi təqdirdə, gənclərin peşə təhsilinə marağı istər-istəməz azalır:

"Bizdə artıq bildiyimiz kimi, dövlət tərəfindən peşə təhsili müəssisələrinin sayı ciddi şəkildə artmaqdadır. Hal-hazırda peşə təhsilinə aid olan ixtisasların sayı genişlənir, eyni zamanda yüksək peşə təhsili formalaşdırılıb ki, bu da istər-istəməz subbakalavr dərəcəsindən ali təhsil müəssisələrinə qəbul imkanları yaradır.

Məhz bu yanaşmanı və peşə təhsilinə dövlət marağını nəzərə alaraq qeyd etmək olar ki, əgər biz gənclərin peşə təhsili müəssisələrinə yönəlməsini istəyiriksə, mütləq şəkildə yüksək peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Çünki hərbi xidmətdən möhlət hüququ verilmədiyi təqdirdə, gənclərin peşə təhsilinə marağı istər-istəməz azalır".

Hərbi xidmətdən möhlət hüququ da verilsə oğlan abituriyentlərin peşə təhsilinə yönəlməsi daha da sürətlənər:

"Bu baxımdan düşünürəm ki, bütün peşə təhsili pillələrində müəyyən problemlər olmasa da, ən azından yüksək peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi arzuolunan və olduqca müsbət bir təşəbbüs olardı. Bu addım gənclərin peşə təhsilinə yönəlməsinə də müsbət təsir göstərə bilər.

Bildiyiniz kimi, hazırda peşə təhsilinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı əsasında aparılmır. Qəbul yalnız attestat üzrə orta bal əsasında həyata keçirilir ki, bu da çox müsbət bir təşəbbüsdür. Bununla yanaşı, əgər hərbi xidmətdən möhlət hüququ da verilsə, qəbul imtahanlarında istədiyi nəticəni əldə edə bilməyən gənclərin, xüsusilə oğlan abituriyentlərin peşə təhsilinə yönəlməsi daha da sürətlənər. Bu isə peşə təhsilində ayrılan dövlət sifarişli plan yerlərinin dolmasına da müsbət təsir göstərəcəkdir".

Seçilən
55
azedu.az

1Mənbələr