“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yayda “Mançester Yunayted”' keçə bilər.
QOL.az xəbər verir ki, bu haqda goal.com məlumat yayıb. “Qırmızı şeytanlar” qarşıdan gələn yay Tonalini heyətlərinə qatmaq niyyətindədirlər və italiyalı oyunçu üçün təxminən 100 milyon funt sterlinq ödəməyə hazırdırlar.
Tonalinin gələcəyi qış transfer pəncərəsində də müzakirə olunmuşdu. “Arsenal” yarımmüdafiəçiyə maraq göstərsə də, ehtimal olunan keçid təkzib edilmişdi.
Rəqiblər də maraqlıdır
“The Telegraph”ın yaydığı məlumata görə, "Mançester Yunayted"lə yanaşı, "Yuventus" onu A seriyasına qaytarmaq istəyir. “Mançester Siti” də Premier Liqanın aparıcı oyunçularından olan Sandronu diqqətlə izləyir. Daha əvvəl isə "Arsenal" onunla maraqlanırdı.
Tonalini 2023-cü ilin yayında “Milan”dan 55 milyon funt qarşılığında alan “Nyukasl” onunla 2029-cu ilə qədər müqavilə bağlayıb. Klubun baş məşqçisi Eddi Hou də transfer xəbərlərinə münasibət bildirib:
“Tonali satmaq niyyətimiz yoxdur. Sandroyu itirmək istəmirik. O, burada xoşbəxtdir, klubu və şəhəri sevir. Tamamilə komandaya həsr olunub”.
Futbolçunun agenti yayda son qərarın veriləcəyini qeyd edib. Tonali 2026/27 mövsümündə Çempionlar Liqasında oynamaq istəyir.
Xatırladaq ki, "Nyukasl" "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibidir. Bu komandalar arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.