AZ

Türkiyədə narkotik qaçaqmalçılarına qarşı əməliyyat - 144 nəfər həbs olunub

Türkiyədə keçirilən narkotik əməliyyatları çərçivəsində 144 nəfər həbs edilib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

"Son 10 gündə 24 əyalətdə keçirilən narkotik əməliyyatında 1 ton 124 kiloqram narkotik və 1 milyon 826 min narkotik həbi müsadirə edilib. Axtarışlarımızı davam etdiririk",-nazir bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr