"Sosial Xidmətlər Agentliyi" PHŞ tərəfindən əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Sabirabad rayonunda 10 ədəd üçotaqlı mənzilin satın alınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi Şahin Sərdar oğlu Quliyev olub.
Müqavilənin ümumi dəyəri 694 400 manat təşkil edir. Ehtimal olunan qiymət isə 805 000 manat idi.