AZ

Beynin ən vacib qidası imiş 22 illik araşdırma tamamlandı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yumurta haqqında illərdir davam edən "xolesterini artırır" qorxusu artıq arxada qalır. Alimlərin tam 22 il ərzində apardığı genişmiqyaslı araşdırma, bu sadə qidanın əslində beynimizin ən yaxın dostu olduğunu sübut etdi. Məlum olur ki, hər gün yumurta yemək yaddaşı gücləndirməklə yanaşı, zehnin illər boyu iti qalmasına kömək edir.Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, rasionunda müntəzəm yumurta olan şəxslərin diqqət və yaddaş testlərində digərlərini qabaqladığı müşahidə olunub. Xüsusilə yaşlandıqca yaranan unutqanlıq bu insanlarda çox daha az qeydə alınıb. Elm adamları yumurtanın beyin hüceyrələrini qoruduğunu və sinirlər arasındakı əlaqəni möhkəmləndirdiyini bildirirlər.Bəs yumurtanın sirri nədədir? Cavab onun sarısındakı "kolin" maddəsində gizlidir. Kolin yaddaşın formalaşması üçün beynimizə lazım olan ən vacib tikinti materiallarından biridir. Bu maddə çatışmayanda insan tez-tez hər şeyi unutmağa başlayır və düşüncələri ləngiyir. Harvard Universitetinin tədqiqatları da təsdiqləyir ki, kolin qəbulu azaldıqca beyin daha tez qocalır.Şimali Karolina Universitetinin professoru Stiven Zaysel yumurtanı beyin üçün "əsas fundament" adlandırır. Kolumbiya Universitetindən Dr. Dru Ramsi isə əlavə edir ki, yumurtadakı B12 vitamini və fol turşusu təkcə yaddaşı yox, həm də insanın gündəlik əhval-ruhiyyəsini və diqqətini tənzimləyir.Finlandiyada aparılan və iki onilliyi əhatə edən müşahidələr göstərib ki, gündə bircə yumurta yeyənlərdə demans (ağıl zəifliyi) riski 25 faiz aşağı düşür. Xüsusilə səhər yeməyində qaynadılmış yumurta yemək tövsiyə olunur, çünki bu, gün boyu zehni ayıqlığı təmin edir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr